Qazaxıstanda 4,4 maqnitudada zəlzələ baş verib
2 Aprel 2024 11:07 DünyaQazaxıstanın Almaatı vilayətində 4,4 maqnitudalı zəlzələ baş verib.
Olaylar TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
"Zəlzələnin episentri Qazaxıstanın Almaatı şəhərindən 108 km şərqdə yerləşib. Zəlzələnin enerji sinfi 9.1-dir", - məlumatda bildirilib.
Dağıntı və itki barədə hələlik məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31