İran Dəməşqdəki konsulluğa hücuma görə İsraili necə cəzalandıracağına qərar verəcək - ÖZƏL
2 Aprel 2024 10:15 DünyaOlaylar.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani bildirib ki, İran hakimiyyəti İsrailin respublikanın Dəməşqdəki konsulluğuna hücumuna cavab vermək hüququnu özündə saxlayır və "təcavüzkarın necə cəzalandırılacağına" qərar verəcək.
"İran cavab vermək hüququnu özündə saxlamaqla bərabər, təcavüzkara necə cavab verəcəyi və cəzalandırılacağına özü qərar verəcək" - Kənani, deyib.
Hücuma görə məsuliyyətin İsrailin üzərinə düşdüyünü deyən diplomat konsulluğa hücumun araşdırıldığını bildirib. Kanaani həmçinin BMT və beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərini pisləməyə və "təcavüzkara qarşı bütün lazımi tədbirləri görməyə" çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31