Rusiyanın dünya xəritəsindən silinməsi üçün... - Patruşev
2 Aprel 2024 09:55 DünyaKollektiv Qərbin uzunmüddətli məqsədi Rusiyanı zəiflətməkdir.
Olaylar bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Arqumenti i Faktı" nəşrinə müsahibəsində bildirib.
"Ölkəmizin iqtisadi və siyasi rəqib kimi zəifləməsi və sonra parçalanaraq dünyanın siyasi xəritəsindən çıxarılması Vaşinqtonun, Londonun və onların nəzarətində olan kollektiv Qərbin uzunmüddətli strateji hədəfləridir", - Patruşev bildirib.
Onun sözlərinə görə, ABŞ və Britaniya NATO ölkələrini özlərinə daha möhkəm bağlamaq üçün qəsdən rusofobiyanı şişirdirlər. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31