Ermənistanda cinayət hadisələri ARTIB

Ermənistanda 2022-ci illə müqayisədə 2023-cü ildə cinayətlərin sayında artım qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

O cümlədən, hesabata əsasən, Ermənistan Respublikasında 2023-cü ildə 40 666 cinayət hadisəsi qeydə alınıb.(2022-ci ildə 37 612) Əhalinin hər 100 000 nəfərinə 1 357 (2022-ci ildə 1 263) cinayət hadisəsi düşür deməkdir.

Bunlardan 20 231-i İrəvan şəhərinin (2022-ci ildə 21604) payına düşüb. Beləliklə, 2022-ci illə müqayisədə ötən il cinayət hadisələri 3054 və ya 8,17 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31