Aktauda terror aktı planlaşdıran şəxs tutuldu

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) prokurorluq orqanlarının koordinasiyası ilə Aktau şəhərində terror aktının qarşısını alıb.

Olaylar xəbər verir ki, bu barədə Qazaxıstan MTK-nin mətbuat xidməti məlumat yayıb.

"2024-cü il aprelin 1-də Aktau şəhərində Milli Təhlükəsizlik Komitəsi tərəfindən prokurorluq orqanlarının koordinasiyası ilə terror aktının hazırlanmasında şübhəli bilinən yerli sakin saxlanılıb.

Onun yaşadığı yerdə axtarış zamanı partlayıcı qurğu hazırlamaq üçün komponentlər və digər maddi dəlillər götürülüb. Şübhəli şəxs radikal dini qruplaşmanın tərəfdarıdır, əvvəllər adam öldürməyə görə məhkum olunub", - deyə məlumatda deyilir.

Qeyd olunub ki, sözügedən şəxsə qarşı Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 255-ci maddəsinin 1-ci bəndi üzrə məhkəməyəqədər araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31