Ukrayna Simonyana cinayət işi açdı
1 Aprel 2024 16:43 DünyaUkrayna Təhlükəsizlik Xidməti "Rossiya Seqodnya" və RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı cinayət işi açıb.
Olaylar bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Teleqram kanalında məlumat yayılıb.
"Simonyan 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə çağırış edib, həmçinin Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb. Simonyan Ukrayna Cinayət Məcəlləsinin dörd maddəsi, o cümlədən soyqırım və Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd maddələri ilə şübhəli bilinir", - məlumatda deyilir. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31