Peskov: Buna səbəb ABŞ-nin təhdidləridir

Ermənistan banklarının "Mir" kartlarına xidmət göstərməyi dayandırmaq qərarına ABŞ-ın görünməmiş təzyiqi və sanksiya təhdidləri səbəb olub.

Olaylar bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan risklərdən qorunmaq və vəziyyəti düzəltmək üçün işləməyə davam edəcək: "Müzakirələr davam etdiriləcək", deyə Kremlin sözçüsü vurğulayıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31