Pentaqon Ermənistan hərbçilərinə təlim keçəcək

Pentaqonun mütəxəssisləri Ermənistanın Müdafiə Nazirliyinin əməkdaşlarına təlim keçəcək.

Olaylar bildirir ki, bunu keçirilən mərasimdə adı çəkilən ölkənin ordusunun Baş Qərargah rəisi Edvard Asryan bildirib.

O deyib ki, nazirliklə "Pentaqon" arasındakı razılaşmaya əsasən, təlimlərə ilkin olaraq nazirliyin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və onun tərkibində fəaliyyət göstərən "Zinuj Media" portalının əməkdaşları cəlb olunub.

Təlimlərin əsas mövzusu ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində təcrübə mübadiləsidir. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31