Rusiya "Crocus City Hall"dakı terror ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcək

Rusiya "Crocus City Hall"dakı terror ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcək.

Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək niyyətindədir", - o deyib.

Zaxarova bunun üçün lazımi sənədlərin hazırlanması prosesinin getdiyini əlavə edib.

Bundan başqa, Rusiya XİN nümayəndəsi terror aktından sonra Kiyevə göndərilən nota ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, notada "Crocus"un adı çəkilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31