Avropalı əsgərlər Ukraynada səngərlərdə döyüşməyəcək - ÖZƏL
1 Aprel 2024 14:11 DünyaAvropalı hərbçilər Ukraynada döyüş əməliyyatlarında iştirak etməyəcəklər, belə bir variant artıq istisna edilib.
Olaylar.az xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.
"Biz ukraynalıları Böyük Britaniyada öyrədirik, 1500 ukraynalı artıq burada Estoniyada, çoxlu sayda ukraynalı isə Polşada təlim keçib. Məsələ burasındadır ki, təlim prosesini sürətləndirmək üçün Ukraynada da eyni şeyi edə bilərikmi, çünki sərhədi keçən hər səfər vaxt aparır. Amma bu o demək deyil ki, avropalı əsgərlər Ukraynada səngərlərdə döyüşəcəklər" - o, deyib.
Pevkur əlavə edib ki, Fransa prezidenti Emmanuel Makronun hərbçilərin Ukraynaya göndərilməsi ilə bağlı dediyi sözlər "əsasən təlimlərə aiddir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31