Gürcüstanın hakim partiyası səfərbər olur
1 Aprel 2024 14:18 DünyaHakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası qarşıdan gələn parlament seçkisində inamlı qələbə üçün mümkün qədər qüvvələrini səfərbər edəcək.
Olaylar xəbər verir ki, bu barədə partiya sədri İrakli Qaribaşvili deyib.
"Əsas vəzifəmiz qüvvələrimizi səfərbər etmək olacaq. Oktyabrın 26-da ölkə qələbə çalmalı, güclü, tarixi qələbəni qeyd etməlidir. Biz konstitusiya çoxluğu əldə etməliyik", - o bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-na təyin edilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31