İsrail HƏMAS liderinin bacısını saxladı

İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları HƏMAS-ın Siyasi Büro rəhbəri İsmayıl Haniyənin bacısını saxlayıb.

Olaylar xəbər verir ki, bu barədə "Kan" teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, 57 yaşlı Sabah Əbd əs-Salam Haniyə İsrail ərazisində yaşayır və HƏMAS-la əlaqələrdə ittiham olunur.

Onun İsrailin cənubundakı Təl-Şeva şəhərində yaşadığı bildirilir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31