ABŞ və İsrail arasında Rəfah üzrə danışıqlar aprelin 1-də Vaşinqtonda keçirilə bilər - ÖZƏL
30 Mart 2024 11:40 DünyaABŞ və İsrail arasında İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağının cənubundakı Rəfah şəhərində potensial əməliyyatı ilə bağlı danışıqlar aprelin 1-də Vaşinqtonda baş tuta bilər.
Olaylar.az xəbər verir ki, əvvəllər ləğv edilmiş danışıqların bazar ertəsinə təyin edilməsi təklifi İsrail nümayəndə heyətindən gəlib. Lakin dəqiq tarix hələ dəqiqləşməyib.
Bundan əvvəl Yedioth Ahronoth öz mənbələrinə istinadən bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə Vaşinqtona nümayəndə heyəti göndərmək planları barədə hərbi kabinet üzvlərinə danışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31