Tokayev Qazaxıstanın Ali Auditor Palatasının sədrini vəzifədən azad edib
1 Aprel 2024 11:22 DünyaQazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ali Auditor Palatasının sədri Natalya Qodunovanı vəzifəsindən azad edib.
Olaylar xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Natalya Qodunova 2022-ci ilin noyabr ayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə Ali Auditor Palatasının sədri təyin edilmişdi.
Daha əvvəl Qodunova dövlət büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinə rəhbərlik edib. 2022-ci ilin iyun ayında Qazaxıstanda Konstitusiyaya düzəlişlər üzrə referendumun nəticələrinə əsasən, Tokayev büdcə sahəsində səlahiyyətləri parlamentə ötürüb. Hesablama Komitəsi isə Ali Auditor Palatası ilə əvəz olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31