Paşinyan istefa verəcək, növbədənkənar seçkilərə gedəcək

Paşinyan Tavuş vilayətində vəziyyəti sakitləşdirmək üçün istefa verəcək.

Olaylar bildirir ki, bu barədə Ermənistanın"Joğovurd" qəzeti yazıb. Qeyd edilib ki, bununla əlaqədar Baş nazir partiyasının təcili iclasını keçirib. "Azərbaycanın anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan müvəqqəti hakimiyyətdən getməyə qərar verib, bununla da özünü və hökumətini "xilas etməyi" düşünür", - qəzet iddia edir.

Nəşrin yazdığına görə, növbədənkənar parlament seçkiləri sentyabrın 10-da keçirilməlidir. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31