Meksika sahillərində qayıq çevrilib: 8 ölü
1 Aprel 2024 10:50 DünyaMeksika sahillərində çinli miqrantların olduğu gəmi qəzaya uğrayıb, 8 nəfər ölüb.
Olaylar xəbər verir ki , bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, yeddisi qadın, biri kişi olan çinli miqrantlar Meksika ilə sərhəddən ABŞ ərazisinə qanunsuz girməyə çalışırmış.
Hadisə ilə bağlı araşdırma aparılır. Prokurorluq cəsədlərin tanınması üçün Meksikadakı Çin səfirliyi ilə əməkdaşlıq etdiyini bildirib.
Qeyd olunub ki, son illərdə Meksika sərhədi vasitəsilə ABŞ ərazisinə qanunsuz yolla keçməyə çalışan çinli miqrantların sayı sürətlə artıb. 2023-cü ildə Meksikadan ABŞ-a qanunsuz yolla girməyə çalışan 37 mindən çox Çin vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31