Türkiyədə növbədənkənar prezident seçkiləri olacaq?

Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq.

Olaylar xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum bildirib.

O, erkən seçkilərlə bağlı çağırışları əsassız sayıb:

"Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək. O, Türkiyənin yeni mərhələlərə başlamasına liderlik edəcək. Kimsənin şübhəsi olmasın".

Xatırladaq ki, R.T.Ərdoğan 2023-cü ildə keçirilən prezident seçkilərində qalib gəlib. Ölkədə növbəti seçkilərin 2028-ci ildə keçirilməsi nəzərdə tutulur. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31