Sabah Türkiyədə bələdiyyə seçkiləri KEÇİRİLƏCƏK
30 Mart 2024 13:18 DünyaMartın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
Olaylar.az "Trt Haber"ə istinadən xəbər verir ki, seçkilərdə 61 milyon 441 mindən çox seçicinin səs verəcəyi gözlənilir.
Qeyd edilib ki, bu seçkilərdə 34 siyasi partiya iştirak edəcək. Seçkilərin nəticələrinə əsasən, 30 böyük şəhər, 51 vilayət, 973 rayon, 390 şəhər başçısı, 50 min 336 muxtar təyin olunacaq.
Seçkilərin təbliğat prosesi yerli vaxtla bu gün saat 18:00-da, seçki qadağaları isə sabah saat 23:59-da başa çatacaq.
Səsvermə 32 şərq əyalətində saat 07:00-da başlayıb 16:00-da bitəcək. Bu vilayətlər xaricindəki digər yerlərdə isə səsvermə 08:00-17:00 aralığında baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31