İsrail Qəzza ilə sərhəddə bufer zona yaradır
30 Mart 2024 12:42 Dünyaİsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddə anklav ərazisinin təxminən 16 faizini tuta biləcək təhlükəsizlik bufer zonası yaradır.
Olaylar xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.
Məlumata əsasən, sərhəd boyu bufer zolağının eni təxminən 1 km olması, Qəzza zolağının şimal və cənub olmaqla, 2 hissəyə bölünməsi planlaşdırılır.
Həmçinin İsrail qüvvələri sektoru qərbdən şərqə doğru keçən və əhalinin hərəkətinə nəzarət etməyə imkan verən daha bir xüsusi zolağ - "Netzarim dəhlizi" yaratmağı düşünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31