Moldova səfiri Rusiya XİN-ə çağırıldı
29 Mart 2024 19:50 DünyaMoldovanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Rusiya səfirliyinin əməkdaşının persona non-qrata elan edilməsi və Rusiya nümayəndə heyətinin beynəlxalq konfransda iştirakına icazə verməməsi qərarı ilə bağlı səfirə etiraz edilib.
Rusiya XİN-dən bildirilib ki, Moskva cavab tədbiri kimi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını persona non-qrata elan edib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31