Fransada güclü qasırğa: nəqliyyat əlaqəsi kəsildi
29 Mart 2024 16:59 DünyaFransanın şimal-qərb bölgəsini vuran "Nelson" qasırğasından sonra Fransa Milli Dəmir Yolları Şirkəti həmin istiqamətdə qatarların hərəkətini dayandırıb.
Olaylar bildirir ki, nəqliyyat şirkəti sərnişinləri müvafiq saytlarda qatarların hərəkət cədvəlinə yenidən baxmağa çağırıb.
Fırtına ilə əlaqədar ölkənin Atlantik sahillərində ən azı altı departament "narıncı" hava xəbərdarlığı elan edib.
Bəzi yerlərdə küləyin sürəti saatda 183 kilometrə çatıb. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31