Etirazçılar Baydenə mane oldular: "Əllərinizdə qan var!"
29 Mart 2024 13:39 DünyaABŞ Prezidenti Co Baydenin Nyu Yorkdakı çıxışı etirazçılar tərəfindən kəsilib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, demokratın keçmiş Amerika prezidentləri - Barak Obama və Bill Klintonun da iştirak etdiyi seçki çıxışı çərçivəsində Rusiya ilə nüvə müharibəsi haqqında danışığını izləyicilər qışqırıqlarla kəsiblər.Bildirilir ki, fəallardan biri buna görə zaldan çıxarılıb.
Etirazçılar daha sonra Fələstin-İsrail münaqişəsi ilə bağlı prezidentin sözünü kəsiblər:
"Əllərinizdə qan var!"
Baydenin tərəfdarları isə dəstək şüarları ilə etirazçıların səsini kəsməyə çalışıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31