Ukrayna operatoru ölkənin mərkəzi və qərb bölgələrində İES və SES-lərə ziyan vurduğunu bildirir - ÖZƏL
29 Mart 2024 11:55 DünyaUkraynanın mərkəzi və qərbində yerləşən istilik və su elektrik stansiyaları zədələnib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın "Ukrenerqo" operatoru məlumat yayıb.
"Mərkəzi və qərb rayonlarındakı istilik və su elektrik stansiyaları zədələnib", - şirkətin Telegram kanalında yayılan məlumatda deyilir.
Operator başqa təfərrüatları açıqlamayıb.
Bundan əlavə, "Ukrenerqo" bildirib ki, hazırda Dnepropetrovsk vilayətində işıqların kəsilməsi var, Xarkov vilayətində isə saatlıq dayanma qrafikləri tətbiq edilib.
Bundan əvvəl ölkənin bir sıra regionlarında, o cümlədən Dnepr şəhərində (keçmiş Dnepropetrovsk) partlayışların baş verdiyi bildirilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31