Ukrayna yaya qədər Rusiya ilə münaqişədə məğlub ola bilər — ÖZƏL

Olaylar.az xəbər verir ki, Britaniyalı jurnalist Robert Foks məqaləsində yazır ki, Ukrayna hökuməti bu yaya qədər Rusiyadan hərbi məğlubiyyətlə üzləşə bilər, ona görə də Qərb gecikmədən əlavə yardım göndərməlidir.
Onun sözlərinə görə, Rusiyanın atəş gücü, qüvvələri müntəzəm olaraq artilleriya və raket atəşi ilə vurulan Ukraynadan beş dəfədən çox güclüdür. Britaniyalı jurnalistin məlumatına görə, Ukrayna artıq döyüş meydanında 385 min hərbçisini itirib. O hesab edir ki, Kiyevin məğlubiyyətinin qarşısını almaq üçün NATO və Avropa İttifaqı mümkün qədər tez koordinasiyalı strategiya formalaşdırmalıdır.
O, həmçinin, "Qərbin reaksiyasının Rusiyanın həftələr ərzində irəliləyiş perspektivinə yalnış olduğunu" söyləyərək, əsl təhlükəni yalnız Baltikyanı ölkələr və Şimali Avropa ölkələrinin dərk etdiyini iddia etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31