Qərb BMT Təhlükəsizlik Şurasında həddindən artıq təmsil olunur - ÖZƏL

NATO-nun Yuqoslaviyaya təcavüzünün 25-ci ildönümünə həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə dair səsvermə sübut edir ki, Qərb dövlətləri bu qurumda həddindən artıq təmsil olunur.

Olaylar.az xəbər verir ki, bunu Rusiya daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
"Bugünkü səsvermə bizim Təhlükəsizlik Şurasının islahatı kontekstində Qərb dövlətlərinin Şurada açıq-aşkar həddindən artıq təmsil olunması ilə bağlı irəli sürdüyümüz ideyanı təsdiqlədi. Düşünürəm ki, bu gün baş verənlərin daha yaxşı nümunəsini təsəvvür etmək çətindir" - o, deyb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31