Paşinyanla görüşün məqsədi... – ABŞ Rusiyaya cavab verdi
29 Mart 2024 11:10 DünyaBölgədə müşahidə etdiyimiz təlatümlərin bir qismi Rusiyanın son bir neçə ayda etdiyi hərəkətlərdən qaynaqlanır.
Olaylar xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Paşinyan, Ursula fon der Leyen və Blinkenin aprelin 5-nə planlaşdırılan görüşü ilə bağlı narahatlığını şərh edərkən deyib.
"Brüsseldə keçirilən bu görüşlərə gəlincə, orada Ermənistanın iqtisadi dayanıqlığına diqqət yetiriləcək, çünki İrəvan ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları ödəməyə çalışır", - o bildirib.
Qeyd edək ki, Mariya Zaxarova Rusiyanın bu görüşdən narahat olduğunu bildirmişdi. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31