Ermənistanda Solovyovun verilişlərinin yayımı qadağan edildi

Ermənistan Rusiyanın "RTR-Planeta" telekanalında ictimai multipleksdə yayımlanan "Vladimir Solovyovla axşam" və "Vladimir Solovyovla bazar axşamı" müəllif proqramlarının ölkədə yayımını qadağan edib.

Olaylar bildirir ki, bu barədə Ermənistan Televiziya və Radio Komissiyası məlumat yayıb.

Bu qərara səbəb kimi "son vaxtlar Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan daimi pozuntular" göstərilir. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31