ABŞ: "Çin Tayvanla güc yolu ilə birləşmək istəmir"
29 Mart 2024 10:30 DünyaÇin Tayvanla güc yolu ilə birləşmək istəmir.
Olaylar.az-ın məlumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.
"Demək istədiyim odur ki, əksər ölkələr müharibədə iştirak etmək istəmir", - o, Vaşinqtonda yerləşən həbri icmalçılarla görüşdə deyib. Braunun sözlərinə görə, məqsədlərə çatmaq üçün başqa vasitələr varsa, o zaman onlar belə siyasi və diplomatik vasitələrdən istifadə edirlər.
"Mən hələ də buna inanıram", - hərbçi Pekinin həqiqətən Tayvana qarşı güc tətbiq etmək istəmədiyi barədə əvvəlki şərhlərinə istinadən deyib. "Mən Çin Xalq Respublikası ilə münaqişənin qaçılmaz olduğunu düşünmürəm", - o vurğulayıb. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31