"Biz Rusiyaya inandıq, amma..." - Simonyan
29 Mart 2024 10:08 Dünya"Böyük qardaşımız bizə gərək olanda yanımızda olmadı".
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya barədə danışarkən deyib.
"Böyük qardaşımız, bizi müdafiə etməli olan dostumuz, müttəfiqimiz vardı. Bizə gərək olanda tək qoydu. Sonra yenə inandıq ki, bizi müdafiə edəcək, amma yenə aldadıldıq və artıq bu dəfə Ermənistan ərazisində yeni müharibəyə cəlb edildik ki, konkret situasiyada gəlsin və bizi xilas etsin, sonra yenidən erməni xalqını və dövlətçiliyimizi Rusiyanın təsiri altına salsın", deyə erməni spiker qeyd edib. (Milli.Az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31