İsveçrə bankları Rusiya vətəndaşlığı olan şəxslərin hesablarını bağlayır
27 Mart 2024 20:32 DünyaBir sıra İsveçrə bankları Rusiya vətəndaşlığı olan şəxslərin hesablarını bağlamağa başlayıb.
Olaylar.az xəbər verir ki bu barədə İsveçrənin "Leolex" hüquq bürosunun icraçı tərəfdaşı Roman Kudinov Rusiya KİV-ə deyib.
Onun sözlərinə görə, "UBS" və "Credit Suisse"in bir sıra ikili vətəndaşlığa malik müştəriləri bu problemlə üzləşiblər.
"Onlar hamısı İsveçrədə vergi ödəyir, Rusiyada isə heç bir gəlirə malik deyillər və vergi ödəmirlər", - o deyib.
Qeyd olunub ki, büro müştərilərlə birlikdə bununla bağlı məhkəməyə müraciət etməyi nəzərdən keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31