Britaniyada yeni nazir təyinatı

Böyük Britaniyanın yeni Silahlı Qüvvələr üzrə dövlət naziri təyin olunub.

Olaylar.az APA-ya istinadən bildirir ki, Leo Dokerti bu vəzifəyə təyin olunub.

"Silahlı Qüvvələr üzrə dövlət naziri kimi Müdafiə Qərargahına qayıtmaqdan və bu komandaya qoşulmaqdan məmnunam", o, "X" hesabında paylaşımında bildirib.

Qeyd edək ki, bundan əvvəl Leo Dokerti Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri postunda çalışıb. Böyük Britaniyanın silahlı qüvvələr naziri isə Ceyms Heppi idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31