“Crocus” bankda girovda imiş
27 Mart 2024 17:00 DünyaMartın 22-də terrorçuların hücumu nəticəsində yanan "Krokus Siti Holl" konsert zalı "Qazprombank"da girovda imiş.
Olaylar.az bildirir ki, bu barədə RBK Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrinə istinadən məlumat yayıb.
"Mejdunarodnaya küçəsində, "Krokus İnternəşnl" şirkətinə məxsus sahəsi 38 min kvadratmetrdən çox olan 20 nömrəli bina 2023-cü il noyabr tarixli ipoteka müqaviləsi ilə ipotekadadır, əmlakın yüklülüyü də 24 dekabr 2032-ci il tarixinədək qüvvədədir", - məlumatda qeyd olunub.
Məsələ ilə bağlı həm "Krokus Qrup", həm də "Qazprombank" RBK-ya açıqlama verməkdən imtina edib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31