İnterpol terror aktının araşdırılmasında Rusiya Federasiyasına dəstək verməyə hazırdır
23 Mart 2024 14:27 DünyaOlaylar xəbər verir ki İnterpol Crocus City Hall-da mülki şəxslərə hücumun araşdırılmasında Rusiya hakimiyyətinə dəstək verməyə hazırdır. Bu barədə təşkilatın baş katibi Yurgen Stok bildirib. "Krokus Siti Holldakı hücumu qətiyyətlə pisləyirəm, bu, günahsız mülki şəxslərə qarşı dəhşətli aktdır. İnterpol Rusiya hakimiyyətinə istintaqda dəstək verməyə hazırdır", - o, X (keçmiş Twitter) yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31