Rusiya Səhiyyə Nazirliyi: Terror aktı nəticəsində yaralananlardan 16 nəfərin durumu son dərəcə ağırdır
23 Mart 2024 13:44 DünyaRusiyanın Moskva vilayətindəki "Crocus City Hall"da baş vermiş terror aktı nəticəsində yaralananlardan 16 nəfərin durumu son dərəcə ağırdır.
Olaylar xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlardan 1-i uşaqdır.
Həmçinin xəsarət alanlardan 44-nün, o cümlədən 2 uşağın vəziyyəti ağırdır.
Hazırda ümumilikdə 107 nəfər xəstəxanalardadır.
İlkin hesablamalara görə, 32 zərərçəkənə ambulator şəraitdə tibbi yardım göstərilib.
Xatırladaq ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 90-dan çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31