Teraktı törədənlərdən biri və atəşə tutulan maşın - FOTO

Moskvadakı "Krokus Siti Holl"dakı teraktı törətməkdə şübhəli bilinənlərin olduğu avtomobilin şəkli yayılıb.

Olaylar xəbər verir ki, yayılan görüntüdə "Reno Simbol" markalı minik avtomobilinin təkərlərinin atəşə tutulduğu sezilir.

Bundan əlavə, saxlanılan terrorçulardan birinin fotosu da yayılıb.

Qeyd edək ki, "Krokus Siti Holl"da terror aktında rəsmi məlumatlara görə, 93 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31