Rusiyada daha bir təxribat: silahlı şəxslər saxlanıldı - VİDEO
23 Mart 2024 13:17 DünyaRusiyanın Vladivostok şəhərində, "Sedanka City" ticarət mərkəzinin yaxınlığında əlində silah olan iki nəfər saxlanılıb.
Olaylar xəbər verir ki, bu barədə Primorsk diyarı hökumətindən xəbər verilib.
Bildirilir ki, bununla əlaqədar ticarət mərkəzi boşaldılıb, hadisə yerinə hüquq-mühafizə orqanları, polis və Rusiya Milli Qvardiyası cəlb olunub.
"Saxlanılanların üzərindən silah və iki saxta qumbara aşkar edilib. Silah hərbi xarakterli deyil (boş güllələr atır - red.) və heç bir təhlükə yaratmır. Vəziyyət təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb", - deyə məlumatda vurğulanıb. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31