"Crocus City Hall"da törədilən terror aktında xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərin arasında 4 uşaq var

Moskvada "Crocus City Hall"da törədilən terror aktında xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərin arasında 4 uşaq var.

Olaylar xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamenti məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Terror aktı nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

İlkin məlumata görə, "Crocus City Hall"da insanların ölüm səbəbləri odlu silahdan açılan atəş və yanma məhsulları ilə zəhərlənmə olub.

Terrorçular "Crocus City Hall"da zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər.

İlkin məlumata görə, terrorçuların hücum zamanı avtomat silahdan istifadə etdikləri müəyyən edilib, silah istintaq əməkdaşları tərəfindən aşkarlanıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31