Szinpin Putinə teraktla bağlı məktub göndərdi

Çin Sədri Si Szinpin Rusiya Prezidenti Vladimir Putinə Rusiyada baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

Olaylar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Si Szinpin Rusiyada baş verən ağır terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib", - telekanalın açıqlamasında deyilib.

Qeyd edək ki, "Krokus Siti Holl"da terror aktında rəsmi məlumatlara görə,ən azı 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31