Rusiya Təhlükəsizlik Şurasının sədri Medvedev: Ölümə ölüm- ÖZƏL

Olaylar xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədri Medvedev Moskvada baş verən terror aktı ilə bağlı çox sərt açıqlama verib.

Rusiya kəşfiyyatı Moskvada konsert salonuna silahlı hücum nəticəsində azı 99 nəfərin öldüyünü, 100- dən çox adamın yaralandığını açıqlayıb.

Moskvada baş verən terror aktı ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının sədri Medvedyev çox sərt açıqlama verib. Medvedev "terrorçuların ancaq qisas terrorunu anladığını" ifadə edərək, "Zorakılığa güclə cavab verilmədikcə, terrorçuların kütləvi edamına və ailələrinə edilən təzyiqlərə ölümlə cavab verilmədikcə heç bir məhkəmə və ya istintaqın faydası olmayacaq" dedi. Medvedev əlavə edib:

Əgər onların Kiyev rejiminin terrorçuları olduğu müəyyən edilərsə, onlara və onların ideoloji ilhamvericilərinə qarşı başqa cür hərəkət etmək mümkün deyil. Onların hamısı terrorçu kimi tapılmalı və amansızlıqla məhv edilməlidir. O cümlədən bu cür vəhşiliklərə yol verən dövlət məmurları da daxil. Ölümə ölüm.

ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi, Moskva hücumu ilə bağlı verdiyi açıqlamada, hücumun təfərrüatları ilə bağlı hələlik məlumat verə bilməyəcəyini və hadisədə Ukrayna və ya ukraynalıların iştirakına dair heç bir dəlil olmadığını bildirib. Moskvanın "Crocus City Hall" konsert salonuna hücum zamanı azı dörd silahlı şəxs atəş açıb. Zelenskinin yüksək rütbəli müavini Mixail Podolyak açıqlamasında deyib: "Ukraynanın hücumla heç bir əlaqəsi yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31