Makron Moskvadakı terror aktını qətiyyətlə pislədi...- ÖZƏL

Olaylar xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron cümə günü Moskvada konsert salonunda azı 60 nəfərin öldüyü və 100-dən çox insanın yaralandığı hücumla bağlı "İŞİD-in üzərinə götürdüyü terror aktını qətiyyətlə pislədiyini" bildirib.

Yelisey Sarayından verilən açıqlamada deyilir: "Fransa hücum qurbanları, onların ailələri və bütün Rusiya xalqı ilə həmrəy olduğunu bildirir".

Bu barədə Fransa Xarici İşlər Nazirliyi sosial media platformasında məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31