Ukrayna Rusiyanın Samara vilayətindəki neft emalı zavoduna hücum edib
23 Mart 2024 10:43 DünyaUkrayna Rusiyanın Samara vilayətindəki Novokuybışevsk şəhərində yerləşən neft emalı zavoduna hücum edib.
Olaylar.az xəbər verir ki, hücumdan sonra ərazidə yanğın baş verib.
Hadisənin təfərrüatları və nəticələri hələ ki, məlum deyil.
Qeyd edək ki, ABŞ daha əvvəl bu cür obyektlərə hücum etməmək barədə Ukraynaya xəbərdarlıq etmişdi. Rəsmi Kiyev isə sözügedən obyektlərin qanuni hədəf olduğunu bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31