Hücumda şübhəli bilinən 2 nəfər saxlanıldı
23 Mart 2024 10:15 DünyaBryansk vilayətində Crocus City Hall-a hücumda şübhəli bilinən iki nəfər saxlanılıb.
APA bildirir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: ikisi saxlanılıb, daha dörd nəfər isə qaça bilib.
Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. İndi onlarla təhlükəsizlik işçiləri işləyir - onların terror aktında iştirakı yoxlanılır.
Hazırda daha dörd nəfər axtarılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31