Rusiya Ukraynanın bu qəsəbəsinə nəzarəti ələ keçirdi
22 Mart 2024 18:21 DünyaRusiya ordusu Ukraynanın cənubunda Zaporojye vilayətində yerləşən Mirnoe qəsəbəsinə nəzarəti ələ keçirib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, əməliyyat Rusiya Silahlı Qüvvələrinin "Vostok" qoşun qruplaşması tərəfindən həyata keçirilib.
Həmçinin Rusiya ordusunun cəbhə xəttində taktiki vəziyyətini yaxşılaşdırdığı qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31