Çobanlar və fermerlər savaşdı – 42 nəfər ÖLDÜ
22 Mart 2024 14:43 DünyaMərkəzi Afrikada yerləşən Çad Respublikasında otlaq sahəsinə görə çobanlarla fermerlər arasında baş verən qarşıdurmada 42 nəfər həyatını itirib.
Sfera.az xəbər verir ki, ölkənin şərqindəki Tileqey bölgəsində çobanlarla fermerlər arasında yaranan gərginlik münaqişəyə çevrilib. Bu münaqişə nəticəsində 42 nəfər ölüb.
Hökumətin açıqladığı məlumata əsasən, münaqişə 3 gün davam edib və 175 nəfərin həbs edilməsindən sonra qarşıdurmanı dayandırmaq mümkün olub.
Qeyd edək ki, bəzi Afrika ölkələrində quraqlıq və daxili miqrasiya səbəbindən otlaq problemlərinə görə çobanlarla fermerlər arasında münaqişələr yaranır. Çadda baş verən hadisə ən ağır münaqişələrdən biri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31