Ukrayna və NATO arasında kritik görüş: əsas prioritet...
21 Mart 2024 19:33 DünyaUkrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauerlə görüşüb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Sırski Teleqram hesabında paylaşım edib.
"Ukrayna müdafiə qüvvələrinin əsas ehtiyaclarını müzakirə etdik. Əsas prioritetlər sursat və hava hücumundan müdafiədir. NATO-dakı həmkarlarıma Ukraynaya hərtərəfli və ardıcıl dəstəyə görə təşəkkür etdim", - Sırski qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31