Tailandda avtobus qəzaya uğrayıb, 30-a yaxın turist xəsarət alıb

Tailandda turist avtobusu yük maşını ilə toqquşub.

Olaylar.az-ın məlumatına görə, qəza martın 19-da günorta saatlarında Pattayadan Banqkoka gedən magistral yolda baş verib. İçərisində çinli turistlərin olduğu avtobus "Hino" markalı yük maşınına çırpılıb. Nəticədə 26 sərnişinin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yerli xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31