Ermənistanda təlimlər zamanı Rusiya əsgəri öldü
21 Mart 2024 18:54 DünyaBu gün Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Şirak rayonundakı poliqonda keçirdiyi hərbi təlimlər zamanı 22 yaşlı rus əsgəri Roman Şaternikov həlak olub.
Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Rusiya Silahlı Qüvvələrinin hərbçisi boyun və gövdənin sol nahiyəsindən ölümcül güllə yaraları ilə Gümrü Tibb Mərkəzinə aparılıb.
Tibb işçiləri onu xilas edə bilməyib, yalnız hərbçinin ölümünü təsdiqləməklə kifayətləniblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31