Uşağını tək qoyub tətilə gedən ana ömürlük həbs edildi
20 Mart 2024 18:25 Dünya16 aylıq körpəsini təkbaşına buraxaraq onun ölümünə səbəb olan ana ömürlük həbs edilib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ABŞ-də baş verib.
Belə ki, 32 yaşlı Kristelnu Kandelario ötən il 1 yaş 4 aylıq uşağını tətilə getdiyi üçün evdə tək qoyub və nəticədə körpə ölüb.
Daha sonra ana bunu etiraf edib.
Həbs edilən ana məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31