Lui Bono yenidən İrəvandadır
13 Mart 2024 14:17 DünyaABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvana səfər edib.
Olaylar.az xəbər verir ki, o, səfər çərçivəsində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə etdiyi bildirilir.
Xatırladaq ki, L.Bono sonuncu dəfə cari ilin yanvar ayında İrəvanda səfərdə olub. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31