Aİ Misirə 8 milyard dollar vəsait ayıracaq

Avropa İttifaqı (Aİ) 2027-ci ilin sonunadək Misirə 8 milyard dollar vəsait ayıracaq.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, vəsait Misir iqtisadiyyatının möhkəmləndirilməsinə yönələcək. Beləliklə, Avropa ətrafında iqtisadi qeyri-sabitliyin və Afrikadan qanunsuz miqrasiyanın qarşısının alınacağı gözlənilir.

Yaxın günlərdə imzalanacaq saziş Misirin enerji sektorunun dəstəklənməsini, sudanlı qaçqınlarla bağlı problemlərin həllini və Livanla sərhəddə nəzarətin gücləndirilməsini nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31